MLS-in "Monreal İmpekt" klubuna baş məşqçi təyin olunan Tyerri Anri üçün təqdimat mərasimi keçirilib.
Bu barədə ABŞ klubunun rəsmi saytı xəbər yayıb. Təqdimat mərasimindən sonra veteran futbolçu 2 illik müqaviləyə imzalayıb.
Qeyd edək ki, Fransa millisinin sabiq üzvü məşqçi karyerasına Belçika millisində başlayıb. O, ötən ilin oktyabrında "Monako"nun baş məşqçisi olub, ancaq uğursuz nəticələrə görə üç aydan sonra istefaya göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...