Almaniyanın "Köln" klubuna yeni baş məşqçi təyin olunub

"Köln"də yeni baş məşqçi təyinatı gerçəkləşib.

SİA klubun saytına istinadən xəbər verir ki, Markus Qisdol Bundesliqa təmsilçisini çalışdıracaq. Onunla bu 2020/2021 mövsümünün sonuna kimi müqavilə imzalanıb. 50 yaşlı mütəxəssis istefaya göndərilən Axim Beyerlorzeri əvəzləyib.

Qeyd edək ki, "Köln" hazırda 7 xalla 17-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...