"Maynts"ın yeni baş məşqçisi açıqlandı

Bundesliqa təmsilçisi "Maynts"ın yeni baş məşqçisi müəyyənləşib. Klubun saytında yer alan məlumatda deyilir ki, bu vəzifəyə Axim Bayerlorzer təyin edilib. Onunla 2022-ci ilin yayına kimi müqavilə imzalanıb. 51 yaşlı mütəxəssis bir neçə gün əvvəl istefaya göndərilən Sandro Şvartsı əvəzləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə