Braziliya Qran-Prisinin qalibi Maks Ferstappen olub

“Red Bull” komandasının pilotu Maks Ferstappen tamaşaçıların arasında keçirilən səsvermənin nəticələrinə görə, noyabrın 18-də keçirilən Braziliya Qran-Prisinin ən yaxşı yürüşçüsü elan edilib. SİA-nın məlumatına görə, hollandiyalı pilot yürüşə poul nöqtəsindən başlayıb və finişə qədər lider mövqeyini qoruyub saxlayıb. O, altıqat dünya çempionu, “Mercedes”in pilotu Luis Hemiltonla mübarizədə təkcə taktiki nöqteyi-nəzərdən deyil, həm də trasda üstünlük əldə edib.

Braziliya Qran-Prisinin qalibi “Red Bull” komandasının pilotu Maks Ferstappen olub. “Toro Rosso”nun yürüşçüsü Pyer Qasli finişə ikinci, “Mercedes”in pilotu Luis Hemilton isə üçüncü çatıblar. Luis Hemilton Braziliya Qran-Prisinin finişində “Red Bull” komandasının pilotu Aleksander Albonla insidentə görə vaxtına beş saniyə əlavə olunmaqla cərimələnib. Bu cəza onun yürüşün finişindəki üçüncü yerdən yeddinci yerə geriləməsinə səbəb olub. Beləliklə, yürüşün yekunlarına görə, üçüncü pillədə “McLaren” komandasının pilotu Kalos Sayns qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə