“Masters” turnirində yarışacaq cüdoçularımız açıqlandı

Dekabrın 12-14-də Çinin Tsindao şəhərində cüdo üzrə “Masters” turniri keçiriləcək. SİA-nın məlumatına görə, dünyanın ən güclü cüdoçularının yarışacağı bu turnirdə Azərbaycanın 9 kişi, 6 qadın idmançısı iştirak edəcək.

Kişilərin yarışında ölkəmizi Kəramət Hüseynov (60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri (100 kq-dan yuxarı) təmsil edəcəklər. Qadınlar arasında isə Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), İçinxorloo Münxtsedev, Aleksandra-Larisa Florean (57 kq), İrina Kindzerska (78 kq-dan yuxarı) mübarizə aparacaqlar.

Turnirdə 60-a yaxın ölkədən 400-dən çox idmançı gücünü sınayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...