Masallıda XXV ənənəvi Respublika turnirinə yekun vuruldu

15-17 noyabr 2019-cu il tarixdə Masallı Olimpiya Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası, Masallı Rayon İcra Hakimiyyəti, rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın Respublikasının əməkdar məşqçısı , SSRİ idman ustası Nadir Yaqub oğlu Ağayevin xatirəsinə həsr olunmuş Yunan-Roma güləşi idman növü üzrə yeniyetmələr arasında XXV ənənəvi Respublika turniri keçirilmişdir.

Tədbirin açlış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə qazanılan uğurlardan Nadir Yaqub oğlu Ağayevin xatirəsinə həsr edilən Yunan - Roma güləşi üzrə keçirilən XXV ənənəvi Respublika turnirin əhəmiyyətindən danışaraq idmançılara uğurlar diləmişdir.

Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuş Tofiq Eyvazov çıxış edərək gələn qonaqları və idmançıları salamlamış və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmanın bütün növlərinin, həmçinin güləş idman növünün inkişafına diqqət və qayğı göstərildiyini vurğulamışdır.

Tədbirdə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, "Şöhrət" ordenlı Elçin Cəfərov çıxış edərək yarışın yüksək səviyyədə təşkilinə, idmançılar üçün yaradılan şəraitə görə öz minnətdarlığlarını bildirərək, güclərini sınamaq üçün gəlmiş bütün güləşçiləri təbrik etmiş və hər bir iştirakçıya uğurlar diləmişdir.

Daha sonra tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin məsul işçisi Qəşəm Hadıyev çıxış edərək cənab başçı Rafil Hüseynovun adından gələn qonaqları salamlamış və idmançılara uğurlar arzulamışdır.

Tədbirdə Nadir Ağayevin yetirməsi, SSRİ idman ustası, Masallı Rayon İcra Hakimiyyətinin şəhər ərazi üzrə nümayəndəsi Kamal Mazanov, turnirin suponsoru Rusiya Federasiyasının Əməkdar məşqçisi Məşur Qasımovun qardaşı Sucayət Qasımıv çıxış edərək tədbirin təşkil olunmasında əziyyət çəkən bütün insanlara minnətdarlıq bildirərək, idmançılara uğurlar arzulamışlar.

Üç gün davam edən turnirdə respublikanın rayon və şəhərlərindən, Bakı və Sumqayıt şəhər idman cəmiyyətləri və klublarından 21-dən artıq komandadan 220 nəfər idmançının iştrak etdiyi yarışda medal sayına görə Masallı rayon komandası I, Bakı şəhər ( ROİL) II, Sumqayıt şəhər komandası III yerə layiq görülmüşdür.

Turnirdə qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, medal və sponsorlar tərəfindən pul mükafatı ilə mükafatlandırılmışdır.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...