D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq Avro 2020

Noyabrın 18-də “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək.

SİA-nın məlumatına görə, oyun günündə D, F və J qruplarında ümumilikdə 8 qarşılaşma oynanılacaq.

Günün görüşləri aşağıdakılardır:

D qrupu:

Cəbəllütariq - İsveçrə;

İrlandiya – Danimarka.

Qrupdakı vəziyyət: Danimarka - 15 (7), İsveçrə - 14 (7), İrlandiya – 12 xal (7 oyuna), Gürcüstan – 8 (8), Cəbəllütariq – 0 (7).

F qrupu:

Malta – Norveç;

İspaniya – Rumıniya;

İsveç - Farer adaları.

Qrupdakı vəziyyət: İspaniya – 23 xal (9 oyuna), İsveç - 18 (9), Rumıniya – 14 (9), Norveç - 14 (9), Farer adaları - 3 (9), Malta - 3 (9).

J qrupu:

Yunanıstan – Finlandiya;

İtaliya - Ermənistan;

Lixtenşteyn - Bosniya və Herseqovina.

Qrupdakı vəziyyət: İtaliya – 27 (9 oyuna), Finlandiya – 18 (9), Yunanıstan – 11 (9), Ermənistan - 10 (9), Bosniya və Herseqovina – 10 (9), Lixtenşteyn –2 (9).

Bütün xəbərlər Facebook səhifəmizdə