Kriştianu Ronaldo azərbaycanlı futbolçunun dünya rekorduna bir az da yaxınlaşıb

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo yığmada 99-cu qolunu vurub.

SİA xəbər verir ki, AVRO-2020-nin seçmə mərhələsinin sonuncu – X turunda Lüksemburqun (2:0) qapısına yol tapan hücumçu bununla da dünya rekorduna bir az da yaxınlaşıb.

Yığmasının kapitanı olan K.Ronaldo millidəki qol sayında hazırda planetin ikinci bombardiridir. O, yalnız İran millisinin azərbaycanlı ulduzu Əli Daeidən geri qalır.

Asiyalı forvard millidə 109 dəfə fərqlənib. K.Ronaldonu bu rekorddan 10 top ayırır.

Qeyd edək ki, Azərbaycan millisinin ən yaxşı bombardiri Qurban Qurbanovun hesabında 14 top var.

Bütün xəbərlər Facebook səhifəmizdə