"Ayaks" Edvin Van der Sarla yeni müqavilə imzalayıb

"Ayaks" klubun icraçı direktoru Edvin Van der Sarla yeni müqavilə imzalayıb.

SİA klubun saytına istinadən xəbər verir ki, komandanın sabiq qapıçısı 2023-cü ilin noyabrına kimi hazırkı vəzifəsini icra etməyə davam edəcək.

Qeyd edək ki, Van der Sar futbolçu olduğu dönəmdə 1990-1999-cu illərdə "Ayaks"da çıxış edib. O, 2011-ci ildə futbolçu karyerasını başa vurub. Van der Sar 2016-cı ildən Hollandiya təmsilçisinin icraçı direktorudur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...