Bakıda alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatı keçiriləcək

Noyabrın 22-24-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatı keçiriləcək.

SİA-nın məlumatına görə, yarış döyüş sənətinə daxil olan beş - Aypara, Batur, Caymaz, Qurşaq və Kaçut sistemləri üzrə təşkil olunacaq.

İyirmi ölkədən idmançıların mübarizə aparacağı yarışın açılış mərasimi noyabrın 22-də saat 16:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə