İtaliya millisinin sabiq üzvü Rikardo Montolivo karyerasını bitirib

İtaliya millisinin sabiq üzvü Rikardo Montolivo karyerasını bitirib.

Qol.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında özünə qarşı biganəliyə görə bu qərarı verdiyini deyib:

“Bu andan etibarən futbolu bitirirəm. Ailəmlə birlikdə Milanda yaşamağa davam edəcəm. Bundan sonra nə edəcəyimi bilmirəm. “Milan” məni karyeramı bitirməyə vadar etdi. 7 ildən sonra azarkeşlərlə vidalaşa bilmədim. Mənə qarşı biganəlik, hörmətsizlik futbola olan ehtirasımı öldürdü. Heç kim mənimlə maraqlanmadı. zəng etmədi, danışıq aparmadı".

Qeyd edık ki, 2012-ci ildən “Milan”da çıxış edən Montolivo ötən mövsüm heç bir rəsmi qarşılaşmada iştirak etməyib. Onun “qırmızı-qaralar”la müqaviləsi 2019-cu ilin yayında bitmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...