İdmançılarımız dünya çempionatında 20 medal qazanıblar

Azərbaycan idmançıları Tbilisidə keçirilən ciu-citsu üzrə dünya çempionatında 20 medal qazanıblar. Çempionatda ölkəmizi Azərbaycan Ciu-citsu Federasiyasının kontakt ciu-citsu üzrə 21 üzvü təmsil edib. Azərbaycan komandası ilk dəfə iştirak etdiyi çempionatda 8 qızıl, 8 gümüş, 4 bürünc medal qazanıb.

Yarışda Kənan Abbaszadə, Zaur Mirzəzadə, Jasmin Xəlilova, Anar Tağızadə, Bəxtiyar Məcidov, Ağahüseyn Atakişiyev, Rəsul Süleymanov və İnsaf Əliyev bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Əli Əliyev, Şəmsi Hüseynov, Nihat Hüseynli, Sadiq Əliyev, Kənan Abbaszadə, Ağahüseyn Atakişiyev, Həsən Hüseynzadə və Fərid Əhmədov isə finalda məğlub olaraq gümüş medalla kifayətləniblər. Digər üç idmançımız Fərid Əhmədov, Ayaz Abbasov hər biri bir bürünc, Mirzə Məmmədov isə həm kontakt ciu-citsu və nevaza növündə iki bürünc medal qazanıb.

Çempionatın nəticələrinə görə Azərbaycan komandası ümumi hesabda dördüncü yeri tutub. Dünya çempionatında 20-dək ölkədən 200 idmançı kontakt ciu-citsu, nevaza və özünümüdafiə bölmələri üzrə mübarizə aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...