Almaniyanın “Maynts” klubu baş məşqçi Sandro Şvartsla yollarını ayırıb

Almaniyanın “Maynts” klubu baş məşqçisi Sandro Şvartsla yollarını ayırıb.

SİA xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 41 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Şvarts 2017-ci ilin iyulundan “Maynts”ı çalışdırırdı. Komanda Bundesliqada 11 turdan sonra 9 xalla 16-cı sıradadır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...