"Arsenal"ın kapitanlıq sarğısı əlindən alınan futbolçusu komandasını dəyişməyə hazırlaşır

"Arsenal"ın futbolçusu Qranit Caka komandasını dəyişməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, isveçrəli futbolçu yanvarda "topçular"la vidalaşacaq.

Azarkeşlərlə mübahisə etdiyi üçün kapitanlığı əlindən alan yarımmüdafiəçi ilə yolların ayrılması qərara alınıb. Onun xidmətində maraqlı olan ilk klub "Milan"dı. "Rossonyerlər" bunun üçün Premyer Liqa təmsilçisi ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Qranit Caka "Arsenal"a 2016-cı ildə Mönhenqladbax "Borussiya"sından keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...