“Liverpul” ən yaxın izləyicisi “Mançester Siti”yə qalib gələrək xal fərqini artırıb

Futbol üzrə İngiltərə Premyer Liqasında 12-ci tura yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Mançester Yunayted” “Brayton”la qarşılaşmadan inamlı qələbə ilə ayrılıb. “Vulverhempton” da “Aston Villa”nı məğlub yola salıb.

Turun mərkəzi görüşündə lider “Liverpul” ən yaxın izləyicisi “Mançester Siti” ilə üz-üzə gəlib və son çempionla oyunda da inamlı qələbəyə sevinib.

İngiltərə Premyer Liqası
12-ci tur

8 noyabr

Norviç – Uotford 0:2
Qol: Deluofeu, 2. Qray, 52.

9 noyabr

Çelsi – Kristal Pelas 2:0
Qol: Abraham, 52. Pulişiç, 79.

Bernli – Vest Hem 3:0
Qol: Barnes, 11. Vud, 44. R.Ximenes, 54-öz qapısına.

Nyukasl – Bornmut 2:1
Qol: Yedlin, 42. Klark, 52 – Uilson, 14.

Sauthempton – Everton 1:2
Qol: İnqs, 50 – Deyvis, 4. Riçarlison, 75.

Tottenhem – Şeffild Yunayted 1:1
Qol: Son, 58 – Baldok, 78.

Lester – Arsenal 2:0
Qol: Vardi, 68. Maddison, 75.

10 noyabr

Mançester Yunayted – Brayton 3:1
Qol: A.Pereyra, 17. Propper, 19-öz qapısına. Reşford, 66 – Dank, 64.

Vulverhempton – Aston Villa 2:1
Qol: Neves, 41. R.Ximenes, 84 – Trezeqe, 90+2.

Liverpul – Mançester Siti 3:1
Qol: Fabinyo, 6. Salah, 13. Mane, 51 – B.Silva, 78.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...