“Bavariya”nın futbolçusu Robert Levandovski rekorda imza atıb

“Bavariya”nın futbolçusu Robert Levandovski rekorda imza atıb.

SİA xəbər verir ki, polşalı hücumçunun rekordu Almaniya Bundesliqasının 11-ci turunda “Borussiya”nı (Dortmund) 4:0 hesabıyla məğlub etdikləri oyunda qeydə alınıb.

Dubla imza atan 31 yaşlı futbolçu Bundesliqada ardıcıl 11 oyunda qol vuran ilk futbolçu olub. O, həm də bunu bir mövsüm ərzində edib.

Qeyd edk ki, Levandovski bu mövsüm bütün turnirlərdə 18 oyuna 23 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...