Kirill Novikov "Dinamo"nun baş məşqçisi oldu

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın "Dinamo" komandasının baş məşqçisi bəlli olub. Rusiya klubunun rəsmi saytında yer alan məlumatda deyilir ki, Moskva təmsilçisi hazırkı məşqçi Kirill Novikova tapşırılıb. 38 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Premyer Liqanın XII turunda "Orenburq"a 0:2 hesablı səfər məğlubiyyətindən sonra Dmitri Xoxlov istefaya göndərilib. Daha sonra Kirill Novikov bu postda müvəqqəti baş məşqçi təyin olunub. "Dinamo" 15 turdan sonra 15 xalla 13-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə