Lempard ötən ayın ən yaxşı baş məşqçisi seçilib

Futbol üzrə İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
İngiltərə Premyer Liqasının rəsmi saytında yer alan məlumatda deyilir ki, "Çelsi"nin baş məşqçisi Frenk Lempard həmkarlarını qabaqlayıb.

London təmsilçisi ötən ay keçirdiyi 3 oyunun hamısında qələbə qazanıb. "Zadəganlar" "Sauthempton" (4:1), "Nyukasl" (1:0) və "Bernli"ni (4:2) məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...