Samboçumuz dünya çempionatında bürünc medal qazanıb

Cənubi Koreyanın Cxoncu şəhərində sambo üzrə dünya çempionatı start götürüb. SİA-nın məlumatına görə, ilk yarış günündə Azərbaycan təmsilçisi Emil Həsənov da medal qazana bilib. 68 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medala sahib olub.

Qeyd edək ki, sambo qeyri-olimpiya idman növü olsa da, 2018-ci ildə Beynəlxalq Olimpiya Komitəsi (IOC) tərəfindən müvəqqəti tanınıb. Cənubi Koreyadakı mundiala noyabrın 10-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə