Tamblinq üzrə 17-ci Azərbaycan çempionatı keçirilir

Bakı Gimnastika Məktəbində tamblinq üzrə 17-ci Azərbaycan çempionatı və birinciliyi keçirilir. SİA-nın məlumatına görə, tamblinq yarışlarında Bakı Gimnastika Məktəbi və “Neftçi” İdman Klubunun nümayəndələri uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş qruplarında mübarizə aparırlar.

Noyabrın 9-da batut gimnastikası üzrə ölkə birinciliyi təşkil olunacaq. Yarışda balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyaları üzrə iştirakçılar fərdi və sinxron proqramda Bakı Gimnastika Məktəbi və “Ocaq Sport” idman klubunu təmsil edəcəklər.

Yarışda ilk dəfə Qaxdan olan gimnastlar da iştirak edərək, nümunəvi çıxışlar göstərəcəklər.

Qeyd edək ki, tamblinq üzrə yarışa giriş sərbəstdir, batut gimnastikası üzrə turnirə isə biletlərin qiyməti 5 manat təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...