Futzal üzrə Azərbaycan yığmasının rəqibləri müəyyənləşib

Gələn il təşkil olunacaq futzal üzrə dünya çempionatının elit raundunun püşkü atılıb. SİA-nın məlumatına görə, püşkün nəticələrinə əsasən Azərbaycan yığmasının rəqibləri müəyyənləşib. Belə ki, millimiz Rusiya, Xorvatiya və Slovakiya yığmaları ilə bir qrupda mübarizə aparacaq. Bu qrupun oyunları gələn il yanvarın 27-dən fevralın 5-dək Xorvatiyada keçiriləcək.

Xatırladaq ki, dünya çempionatının final mərhələsi Litvada təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...