Bu gün “Qarabağ” APOEL-lə qarşılaşır

“Qarabağ” bu gün UEFA Avropa Liqasının (AL) qrup mərhələsində növbəti oyununu keçirəcək. SİA-nın məlumatına görə, Ağdam təmsilçisi III tur çərçivəsində Kiprin APOEL komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 20:55-də start götürəcək.

“Qarabağ”ın heyətində cəzalı oyunçu yoxdur. Qurbanov matçdan əvvəl təşkil edilən mətbuat konfransında bildirib ki, zədələrini sağaldan Mahir Emreli və Xayme Romero komanda ilə məşqlərə başlayıb. Onların “18-lik”də olmaq ehtimalları çoxdur. İntizamsızlığa görə cəzalanan Araz Abdullayevin də meydana çıxmaq ehtimalı böyükdür. APOEL-də isə Tomas De Vinsenti zədə üzündən Bakıya gətirilməyib.

UEFA Avropa Liqası

Qrup mərhələsi, III tur

20:55. “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr)

Baş hakim: Filip Qlovaya

Yan xətt hakimləri: Frantişek Ferents və Yan Pozor

Dördüncü hakim: Peter Zimba (hakimlər briqadası Slovakiyadandır)

Hakim-inspektor: Mixalis Kukulakis (Yunanıstan)

UEFA nümayəndəsi: İvan Tsitoviç (Rusiya)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə