Ronaldo bir ildə İnstaqramdan 44 milyon qazanıb

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo bir il ərzində İnstaqramdan 44 milyon avro qazanıb. Bu barədə "La Gazetta Dello Sport" məlumat yayıb. Onun sosial şəbəkədə bir paylaşımı 900 min avrodur. Bir il içində futbolçu 49 reklam paylaşımı edib. İnstaqramdan ən çox pul qazanan ikinci məşhur isə Lionel Messi olub. O, 36 paylaşımdan 21,2 milyon avro gəlir əldə edib. Siyahıda üçüncü model Kendall Cenner olub. O, 14,4 milyon avro qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə