Azərbaycan millisinin oyununa biletlərin qiyməti açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandasının Slovakiya yığması ilə səfərdə keçirəcəyi AVRO-2020-nin seçmə oyunu üçün biletlərin qiyməti məlum olub.

SİA-nın məlumatına görə, Trnava şəhərində Anton Malatinski adına Stadiondakı oyunun biletləri sabahdan etibarət onlayn satışa çıxarılacaq.

Bilet azarkeşlərə iki kateqoriya üzrə təqdim olunacaq. Birinci kateqoriyanın qiyməti 32 avro, ikinci isə 22 avro olacaq.

Qeyd edək ki, noyabrın 19-da keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə