Oktyabrın 23-də UEFA Çempionlar Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin üçüncü turunun daha 8 qarşılaşması oynanılacaq. SİA-nın məlumatına görə, turun oyunları aşağıdakılardır:
“E” qrupu:
“Genk” (Belçika) – “Liverpul” (İngiltərə);
“Zaltsburq” (Avstriya) – “Napoli” (İtaliya).
Qrupdakı vəziyyət: “Napoli” - 4, “Zaltsburq” - 3, “Liverpul” - 3, “Genk” – 1.
“F” qrupu:
“İnter” (İtaliya) – “Borussiya Dortmund” (Almaniya);
“Slaviya Praqa” (Çexiya) – “Barselona” (İspaniya).
Qrupdakı vəziyyət: “Borussiya” - 4, “Barselona” - 4, “İnter” - 1, “Slaviya” – 1.
“G” qrupu:
“Leypsiq” (Almaniya) – “Zenit” (Rusiya);
“Benfika” (Portuqaliya) – “Lion” (Fransa).
Qrupdakı vəziyyət: “Zenit” - 4, “Lion” - 4, “Leypsiq” - 3. “Benfika” – 0.
“H” qrupu:
“Ayaks” (Hollandiya) – “Çelsi” (İngiltərə);
“Lill” (Fransa) – “Valensiya” (İspaniya).
Qrupdakı vəziyyət: “Ayaks” - 6, “Çelsi” - 3, “Valensiya” - 3, “Lill” - 0.
Bütün xəbərlər Facebook səhifəmizdə