Futzal üzrə millimiz Moldova yığması ilə qarşılaşacaq

2020-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsi çərçivəsində futzal üzrə Azərbaycan milli komandası bu gün ilk oyununu keçirəcək. SİA-nın məlumatına görə, komandamız saat 20:00-da Bakı İdman Sarayında Moldova futzalçıları ilə qarşılaşacaq. "İdman TV"dən canlı yayımlanacaq oyunu çexiyalı baş hakim Ondrey Çerny idarə edəcək. Ona latviyalı İngus Puriņş və almaniyalı İngo Heemsoth kömək edəcəklər.

Turun digər oyununda isə Monteneqro və Slovakiya komandaları üz-üzə gələcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...