Tyaqo Motta İtaliyanın “Genoa” klubunun yeni baş məşqçisi təyin olunub

İtaliyanın “Genoa” klubunun yeni baş məşqçisi müəyyənləşib.

SİA xəbər verir ki, A seriyası təmsilçisini ötənlərin məşhur futbolçusu Tyaqo Motta çalışdıracaq.

Futbolçu karyerası ərzində bu klubda çıxış etmiş 37 yaşlı çalışdırıcı ilk dəfə əsas komandaya rəhbərlik edəcək. O, indiyədək yalnız PSJ-nin gənclərdən ibarət komandalarından birinin baş məşqçisi olub.

T.Motta baş məşqçi postunda istefaya göndərilən Aurelio Andreatsolini əvəzləyib. Sonuncu A seriyasındakı uğursuz nəticələrə görə postundan kənarlaşdırılıb.

Qeyd edək ki, 8 oyunda 5 xal toplayan Genuya klubu 19-cu yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə