İspaniyanın “Real” klubunun futbolçusu Serxio Ramos yeni rekorda imza atıb

İspaniyanın “Real” klubunun futbolçusu Serxio Ramos yeni rekorda imza atıb.

SİA xəbər verir ki, arxa xətt oyunçusu Çempionlar Liqasında ən çox matç keçirən müdafiəçi adına yiyələnib.

“Qalatasaray”la İstanbulda keçirilən oyun S.Ramosun qitənin ən nüfuzlu klub turnirində 121-ci qarşılaşması olub. O, bununla da Roberto Karlosu (120 oyun) arxada qoyub.

O, Çempionlar Liqasında keçirdiyi əvvəlki 120 oyunda 12 qol vurub, 8 məhsuldar ötürmə verib, 36 sarı, 3 qırmız vərəqə alıb.

Qeyd edək ki, 2005-ci ilin yayında “Sevilya”dan “Real”a 27 milyon avroya transfer olunan S.Ramosun müqaviləsi 2021-ci ilə qədərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...