Bakıda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olunacaq

Noyabrın 13-də Gənc Tamaşaçılar Teatrında Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyinə həsr olunmuş korporativ sosial məsuliyyət mövzusunda “Yenilməzlər” adlı beynəlxalq qala təqdimat keçiriləcək. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçiriləcək tədbir Paralimpiya hərəkatının, dəyərlərinin və fəlsəfəsinin təbliği, əlilliyi olan şəxslərin idman vasitəsilə cəmiyyətə inteqrasiyası, bu sahənin inkişafı istiqamətində dövlət qurumları və özəl şirkətlərin korporativ sosial məsuliyyətinin stimullaşdırılmasına həsr olunacaq.

Tədbirdə fiziki məhdudiyyətli insanların sosial inteqrasiyası sahəsində böyük nüfuza malik xarici və yerli ekspertlərin geniş təqdimatları nümayiş etdiriləcək. Təqdimat kölgə teatrı, ultrabənövşəyi şou və digər yaradıcı işlərlə zəngin olacaq. Tamaşalar paralimpiyaçıların həyat hekayələrini və çətinliklər qarşısında yenilməzliyini nümayiş etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə