Karate üzrə şəhərlərarası birincilik keçiriləcək

Bakı Karate-Do Akademiyası və Azərbaycan Budo Döyüş Növləri Federasiyasının birgə təşkilatçılığı ilə şəhərlərarası 5-ci açıq çempionat və birincilik keçiriləcək. SİA-nın məlumatına görə, Hövsan Olimpiya İdman Kompleksində keçiriləcək yarışda idmançılar karatenin layt-kontakt və full-kontakt növləri üzrə mübarizə aparacaqlar.

Oktyabrın 25-26-da keçiriləcək yarışda yüksək nəticələr göstərən idmançılar dekabrda Bakıda təşkil olunacaq dünya kubokunda iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə