Cüdoçularımız Böyük Dəbilqə turnirində mübarizə aparacaqlar

Oktyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə start götürəcək cüdo üzrə Böyük Dəbilqə turniri üçün Azərbaycan millisinin heyəti müəyyənləşib. SİA-nın məlumatına görə, yığma 3 günü əhatə edəcək yarışda 15 idmançı ilə təmsil olunacaq.

Kəramət Hüseynov, Davud Məmmədsoy (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Fəqan Quluzadə (81 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri, Şahin Qəhrəmanov (hər ikisi +100 kq) kişilərin, Əliyeva Leyla, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aleksandra-Larisa Florian (57 kq) və İrina Kindzerska (+78 kq) qadınların mübarizəsinə qatılacaq.

Qeyd edək ki, Böyük Dəbilqədə 104 ölkədən 351 kişi və 252 qadın olmaqla, 603 cüdoçunun iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə