AFFA 3 klubun hər birini 800 manat məbləğində cərimələyib

AFFA İntizam Komitəsi 3 klubu Azərbaycan Premyer Liqasının VIII tur matçlarında ən azı 4 futbolçusunun sarı vərəqə alması səbəbindən cərimələyib. SİA-nın məlumatına görə, "Qəbələ", "Zirə" və "Sumqayıt" 800 manat ziyana düşüb.

"Qəbələ" və "Zirə"nin hərəyə 6 futbolçusu müvafiq olaraq, "Qarabağ" və "Neftçi", "Sumqayıt"ın 4 oyunçusu isə "Səbail" komandası ilə qarşılaşmada xəbərdarlıqla üzləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə