AMPK-nin nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edəcək

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimovun rəhbərliyi ilə nümayəndə heyəti Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) oktyabrın 24-27-də Almaniyanın Bonn şəhərində keçiriləcək tədbirlərində iştirak edəcək. SİA-nın məlumatına görə, nümayəndə heyəti BPK-nın 30 illik yubileyinə həsr olunmuş tədbirlərdən sonra beynəlxalq qurumun konfrans və Baş Assambleyasının iclaslarına qatılacaq. Konfransda Paralimpiya hərəkatı və inkişaf yolunda əldə olunan nailiyyətlər, Paralimpiya idmanı, sosial həyata təsir göstərən investisiya və görülən işlər, yeni inkişaf və təcrübələrə dair milli komitələrin təqdimatları olacaq və BPK-nın yenilənmiş daimi üzvlərinin seçilməsi məsələləri müzakirə ediləcək.

BPK-nın Baş Assambleyasında qurumun daimi üzvlüyünə qəbul, “Tokio 2020”, “Pekin 2022”, “Paris 2024” və “Los-Anceles 2028” Paralimpiya Oyunlarına hazırlıqla bağlı hesabatlar dinləniləcək və müzakirələr aparılacaq.

Səfər müddətində İ.Rəhimovu komitənin birinci vitse-prezidenti Natiq Qasımov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Rüfət Hacılı müşayiət edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə