16 yaşadək futbolçulardan Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.
SİA-nın məlumatına görə, yığmamız oktyabrın 22-dən 25-dək hazırlıq keçəcək.
Təlim-məşq toplanışı Moldovada baş tutacaq. Yığmamız meydan sahibləri ilə iki yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Millinin toplanış və oyunlar üçün heyəti açıqlanıb. Burada 20 futbolçu yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə