Georgi Dermenciyev Bolqarıstan millisində

Futbol üzrə Bolqarıstan millisinin yeni baş məşqçisi məlum olub. Bundan sonra Bolqarıstan millisi Georgi Dermenciyevə tapşırılacaq. Bunu Bolqarıstan Futbol Birliyinin vitse-prezidenti Yordan Leçkov yerli mətbuata açıqlamasında deyib. O, Georgi ilə razılığa gəldiklərini və yaxın zamanda təyinatı rəsmən açıqlayacaqlarını bildirib.

Son olaraq “Levski”ni (Sofiya) çalışdıran 64 yaşlı mütəxəssis hazırda işsizdir. Qeyd edək ki, "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev Bolqarıstan millisinin üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...