Könüllülər kuboku uğrunda turnir keçirilib

3x3 basketbol üzrə könüllülər kuboku uğrunda turnir keçirilib.

SİA-nın məlumatına görə, turnir Su İdman Sarayının yaxınlığında yeni salınmış abad məhəllədə qızlar və oğlanlar arasında təşkil olunub.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə oğlanlar arasında ilk üç yeri “Dream team”, “ASAN 2” və “Drive” komandaları tutublar. Qızların yarışında isə “Günəş”, “ASAN 5” və “ASAN 2” komandaları fərqləniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...