Dünya çempionu ilə görüş keçirilib

Oktyabrın 12-də Hindistanın Mumbai şəhərində 14, 16 və 18 yaşlı şahmatçılar arasında keçirilən dünya çempionatında azərbaycanlı Aydın Süleymanlı birincilik əldə edib. SİA-nın məlumatına görə, “Veysəloğlu” Şirkətlər Qrupunun ofisində çempion və onun atası Elşən Süleymanlı ilə görüş təşkil edilib. Görüşdə şirkətin Müşahidə Şurasının sədri Aydın Talıbov və digər əməkdaşlar iştirak ediblər.

Aydın Talıbov Azərbaycana çempionluğu bəxş edən azyaşlı Aydın Süleymanlını təbrik edərək, ona xoş arzularını bildirib, uğurlar arzulayıb. Azərbaycan himnini yüksək arenalarda səsləndirdiyi üçün ona təşəkkürünü bildirib.

Görüş zamanı vurğulanıb ki, yüksək intellekt tələb edən şahmat idman növündə Azərbaycanın adının ön pillələrdə çəkilməsi hər birimiz üçün böyük fəxrdir. Aydın Süleymanlının bu uğuru bütün Azərbaycanın uğurudur.

Müşahidə Şurasının sədri daha sonra Aydın Süleymanlıya təşəkkürnamə təqdim edib və gələcəkdə ona yeni zirvələri fəth etməyi arzulayıb.

Azərbaycan sözügedən dünya çempionatinda 9 şahmatçı ilə (5 qız, 4 oğlan) təmsil olunub. 14 yaşadək oğlanların kateqoriyasında təmsilçimiz Aydın Süleymanlı keçirdiyi 11 oyunda 9 xal toplayaraq, dünya çempionu adına yiyələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...