Cüdoçumuz Hərbçilərin Dünya Oyunlarının bürünc mükafatını qazanıb

Azərbaycan komandasının üzvü, cüdoçu Məmmədəli Mehdiyev Çinin Uxan şəhərində keçirilən Hərbçilərin 7-ci Dünya Oyunlarında bürünc medal qazanıb. Bu, Azərbaycan komandasının Hərbçilərin 7-ci Dünya Oyunlarında ikinci medalıdır.

SİA-nın məlumatına görə, çəkisi 90 kiloqramadək kişilərin yarışında mübarizə aparan cüdoçumuz Məmmədəli Mehdiyev ilk turda Bəhreyn idmançısı Cəmşid Qələndərovu məğlub edib. Növbəti mərhələdə ispaniyalı Kulebras Tallon Serxioya, 1/4 final mərhələsində isə polşalı Kuzera Pyotra ipponla qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Cənubi Koreya təmsilçisi Cunq Von Cuna məğlub olan Məmmədəli Mehdiyev 3-cü yer uğrunda görüşdə monqolustanlı Altanbaqana Qantulqa ilə qarşılaşıb. Cüdoçumuz güclü rəqibini ipponla məğlub edərək yarışı üçüncü yerdə başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...