Ramil Şeydayev yenə ehtiyatda qalıb

Rusiya Premyer Liqasında 13-cü turun oyunları başa çatıb.

SİA xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Moskva “Dinamo”su bu turda doğma meydanda “Krasnodar”la üz-üzə gəlib. Matç 1:1 hesabı ilə başa çatıb.

Ramil bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

13 turdan sonra "Dinamo" 11 xalla 16 komanda arasında 15-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə