Eddinin 90 dəqiqə oynadığı görüş komandasının qələbəsi ilə başa çatıb

Millimizin üzvü Eddi İsrafilovun çıxış etdiyi "Albasete" İspaniya Sequndasında növbəti oyununu keçirib.

SİA xəbər verir ki, komanda səfərdə "Fuenlabrada" ilə qarşılaşıb. Eddinin 90 dəqiqə oynadığı görüş komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu ukraynalı hücumçu Roman Zazulya vurub.

Qeyd edək ki, "Albasete" 12 oyundan sonra 19 xalla 7-ci yeri tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...