Hidayət Heydərov Çində üçüncü oldu

Mərkəzi Ordu İdman Klubunun (MOİK) üzvü, cüdoçu Hidayət Heydərov Çinin Uxan şəhərində keçirilən Hərbçilərin 7-ci Dünya Oyunlarında bürünc medal qazanıb. SİA-nın verdiyi məlumata görə, Azərbaycan idmançısı ilk turda serbiyalı Milos Simonoviçə, ikinci qarşılaşmada polşalı Damyan Şvarnovyekiyə, 3-cü görüşdə isə İsveçrə təmsilçisi Maykl Kistlerə ipponla qalib gəlib. H.Heydərov 3-cü yer uğrunda görüşdə polşalı Blax Lukaz ilə qarşılaşıb.

Cüdoçumuz rəqibini vazzari fəndi ilə məğlub edərək yarışı üçüncü yerdə başa vurub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...