Azərbaycan Premyer Liqasında 8-ci turun ilk oyun gününün hər iki matçı heç-heçə başa çatıb

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə bu gün başa çatıb.

SİA xəbər verir ki, 2-ci dövrə 8-ci turun görüşləri ilə başlayıb.

Bu gün lider “Qarabağ” səfərdə “Qəbələ” ilə üz-üzə gəlib. Matç 1:1 hesabı ilə başa çatıb. Bu, Ağdam klubunun 2019/2020 mövsümündə ölkə çempionatında ilk xal itkisi olub. Qurban Qurbanovun komandası bundan əvvəlki 7 oyunun hamısında qələbə qazanmışdı.

Günün digər matçında “Keşlə” “Sabah”ı qəbul edib və bərabərə qalıb -1:1.

Qeyd edək ki, tura sabah keçiriləcək “Neftçi” - “Zirə”, “Səbail” - “Sumqayıt” oyunu ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
19 oktyabr

19:15.“Keşlə” – “Sabah” - 1:1
Qollar: Vüsal İsgəndərli, 16 (1:0), Hendrik Ekşteyn, 90+2 (1:1)
Qırmızı vərəqə: Filip İvanoviç, 90+3-ikinci sarı vərəqə ("Sabah")
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Pərvin Talıbov, Nicat İsmayıllı.
“ASCO Arena”


17:00. “Qəbələ” – “Qarabağ” - 1:1
Qollar: Qismət Alıyev, 3 (1:0), İsmayıl İbrahimli, 9 (1:1)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Fərid Hacıyev.
Qəbələ şəhər stadionu

20 oktyabr (bazar)

17:00. “Neftçi” – “Zirə”
“Bakcell Arena”

19:30. “Səbail” – “Sumqayıt”
“ASCO Arena”

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

8

7

1

0

18-2

22

2

Keşlə

8

3

3

2

9-4

12

3

Neftçi

7

3

2

2

8-6

11

4

Səbail

7

3

1

3

8-11

10

5

Zirə

7

2

2

3

6-9

8

6

Sumqayıt

7

2

1

4

5-9

7

7

Qəbələ

8

1

3

4

4-15

6

8

Sabah

8

1

3

4

6-8

6







Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB