Dünya çempionatında 22 kikboksçumuz çıxış edəcək

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kişilər və qadınlar arasında kikboksinq üzrə dünya çempionatı keçiriləcək. SİA-nın xəbərinə görə, kikboksinqin WAKO versiyası üzrə təşkil olunacaq mötəbər turnirdə ölkəmizi 22 idmançı təmsil edəcək.

İdmançılarımız yarışda iştirak etmək üçün artıq Sarayevoya yola düşüblər.

Dünya çempionatı oktyabrın 19-da start götürəcək və 27-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə