Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Oktyabrın 18-də Gənclər və İdman naziri Azad Rəhimov Şirvan şəhərində Şirvan, Hacıqabul şəhər və rayonlarından olan vətəndaşları qəbul edib. SİA-nın məlumatına görə, qəbulda ümumilikdə 20-yə yaxın vətəndaş iştirak edib.

Vətəndaşlar Gənclər evlərinin, Olimpiya İdman komplekslərinin, bir sıra idman qurğularının tikintisi və təmiri, eləcə də idman arenalarına avadanlığın verilməsi ilə bağlı müraciət ediblər. Eyni zamanda, iş ilə təminat, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi də müraciətlər sırasında olub.

Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Bir qisim müraciət isə baxılması üçün icraya yönəldilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...