İlham Yadullayev “Turan Tovuz”un yeni baş məşqçisi təyin olunub

“Turan Tovuz”un yeni baş məşqçisi müəyyənləşib.

SİA xəbər verir ki, bu vəzifəyə 1990-cı illərin sonları, 2000-ci illərin əvvəlində millimizdə oynamış İlham Yadullayev təyin edilib. A kateqoriyalı məşqçi bu mövsümün sonuna kimi komandanı çalışdıracaq.

Qeyd edək ki, “Turan Tovuz”u mövsümün əvvəlindən Azər Bağırov çalışdırırdı. Amma o, bir neçə gün öncə “Qəbələ”dən təklif aldığı üçün divizion klubundan ayrılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə