“Qızlar bacarır” layihəsi çərçivəsində təlim keçirilib

AFFA və UNİSEF-in birgə həyata keçirdiyi “Qızlar bacarır” layihəsi çərçivəsində futbolçu qızlar üçün BLS (basic life skills) təlimlərinə start verilib. SİA-nın məlumatına görə, ilk təlim Mingəçevir şəhərində keçirilib və UNİSEF-in təyin etdiyi beynəlxalq dərəcəli mütəxəssislər tərəfindən qadın futbolunun inkişafı məqsədilə “Fundamental bacarıqlar” tədris olunub.

Qeyd edək ki, şəxsi inkişaf, özünəinam, sağlamlıq kimi bir sıra mövzuları əhatə edən təlimlərin 4 bölgədə keçirilməsi nəzərdə tutulub.

Layihədə 300-dən artıq qadın futbolçu iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə