Qızlardan ibarət U-17 millimiz sloveniyalı həmyaşıdları ilə qarşılaşıb

Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib. SİA-nın məlumatına görə, sloveniyalı həmyaşıdları ilə qarşılaşan komandamız 0:6 hesabı ilə məğlub olub.

U-17 növbəti oyununu oktyabrın 20-də keçirəcək. Norveç yığması ilə qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə