Azərbaycanın U-16millisinin təlim-məşq toplanışı üçün heyəti açıqlanıb

Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət millisinin oktyabrın 22-dək Bakıda, daha sonra oktyabrın 25-dək Moldovada keçirəcəyi təlim-məşq toplanışı üçün heyəti açıqlanıb. SİA-nın xəbərinə görə, baş məşqçi Miloş Velebit yığmaya 27 futbolçu çağırıb. Ən çox oyunçu “Qəbələ”dən dəvət alıb – 8 nəfər. Yeganə legioner isə Özbəkistandan “Paxtakor”undan Bayram Nacafəliyevdir.

Hazırlıq müddətində U-16 oktyabrın 23-də saat 16:00-da və oktyabrın 25-də saat 13:00-da Moldovanın müvafiq yaş qrupundan ibarət yığması ilə yoldaşlıq oyunları keçirəcək.

Toplanışa və yoldaşlıq oyunlarına dəvət olunmuş futbolçuların siyahısı:

Bütün xəbərlər Facebook səhifəmizdə