BOK 2020 Olimpiadasında bəzi yarışların yerini və vaxtını dəyişdirib

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2020-ci il Yay Olimpiya Oyunlarında keçiriləcək idman yürüşü və marafon yarışlarının Tokioda deyil, Sapporoda keçiriləcəyini təsdiq edib. Bu barədə məlumatı Kyodo agentliyi yayıb.

Belə ki, qadın marafonu avqustun 2-də, kişilərin yarışı isə avqustun 9-da keçiriləcək. Kişilərin 20 kilometrə yürüşü iyulun 31-də, qadınların isə avqustun 7-də olacaq. 50 kilometr məsafəyə kişilərin yürüşünün avqustun 8-də keçiriləcəyi bildirilir. Qeyd olunur ki, yüngül atletika üzrə yarışlar (5000 metr və daha uzaq məsafəyə) axşam sessiyalarında təşkil ediləcək. Reqbi üzrə matçlar saat 12:00-dan gec başa çatmamalıdır, velosiped yürüşlərinin dağ mərhələləri isə saat 15:00-dan tez başlaya bilməz. Qeyd olunub ki, bu tədbirlər atletlərin isti havalardan qorunması məqsədilə görülüb. BOK planlaşdırılan dəyişikliklər barədə artıq Beynəlxalq Yüngül Atletika Assosiasiyaları Federasiyasına məlumat verib. Federasiyanın prezidenti Sebastyan Kou bu təşəbbüsü dəstəkləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə