Azərbaycan millisinin FİFA reytinqində mövqeyi dəyişəcək

Milli komandaların FİFA reytinqi ilə bağlı ehtimallar açıqlanıb.

SİA-nın məlumatına görə, oktyabrın 24-də dərc olunacaq siyahıda bir sıra dəyişikliklər baş verəcək.

Buna səbəb hesabat dövründə baş tutan seçmə və yoldaşlıq oyunlarıdır. Azərbaycan yığmasının da mövqeyi dəyişəcək.

Yoxlama oyununda Bəhreynə 3:2 hesabı ilə qalib gələn, AVRO-2020-nin seçmə mərhələsində Macarıstana 0:1 hesabı ilə uduzan Nikola Yurçeviçin yetirmələri FİFA reytinqində geriləyəcək. Buna səbəb komandanın iki xal itirməsidir.

Ötən ay aktivində 1191 xal olan milli keçirdiyi 2 oyundan sonra 2 xal itirib. Bu isə 109-cu pillədəki komandanın iki addım geriləməsi ilə nəticələnəcək. Yığma ötən ay eyni xalla şərik olduğu Farer adaları və Tailandı önə buraxaraq 111-ci sırada qərarlaşacaq.

Qeyd edək ki, cədvələ yenə Belçika yığması başçılıq edəcək – 1755 xal.

Bütün xəbərlər Facebook səhifəmizdə